"Ölkədə ana və uşaq ölümü azalıb" - Ziyafət Əsgərov

"Ölkədə ana və uşaq ölümü azalıb" - Ziyafət Əsgərov
  25 Aprel 2017    Oxunub:1130
“Bu gün biz regional inteqrasiya proseslərinin geniş vüsət aldığı dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcüd olan siyasi, iqtisadi, ekoloji və digər problemlərin yalnız ölkələrin birgə səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏTPA) Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 48-ci iclasında çıxışı zamanı deyib.

MM sədr müavini bildirib ki, Azərbaycanda iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması, ökədə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması problemlərinin davamlı həllinə imkan yaradıb:

“Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafı əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması və genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il investisiya yatırılmaqdadır. Bu dövrdə rayonlarımızda 500 dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Tibb müəsisələrinin hər biri müasir texnika və avadanlıqla təchiz edilib. Bu dövrdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait bir neçə dəfə artıb”.

Z.Əsgərovq eyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində ana və uşaq ölümü səviyyəsi aşağı düşüb:

“Səhiyyə sitemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığa üstünlük verilib. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti