Novxanı bağlarında əməliyyat keçirilib

Novxanı bağlarında əməliyyat keçirilib
  27 Aprel 2017    Oxunub:1215
Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti