Nazarbayev azərbaycanlıya yüksək vəzifə verib

Nazarbayev azərbaycanlıya yüksək vəzifə verib
  27 Aprel 2017    Oxunub:4028
Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.
Bu barədə AzVision.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.

Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan Prezidenti bildirib ki, “bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.

Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assamleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.

Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

AzVision.az


Teqlər: Nazarbayev  





Xəbər lenti