Yol polisinin törətdiyi qəzanın səbəbləri araşdırılır - DYP

Yol polisinin törətdiyi qəzanın səbəbləri araşdırılır - DYP
  27 Aprel 2017    Oxunub:5080
“Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verən qəzanın səbəbi araşdırmalardan sonra məlum olacaq”.
Bunu AzVision.az -a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb 5 nəfər yaralanıb.

“Salyan rayon sakini, polis əməkdaşı Məmmədyarov Natiq Nifti oğlunun idarə etdiyi DYP maşını ilə Astara rayon sakini, 1948-ci il təvəllüdlü Axundov Azad Qüdrət oğlunun idarə etdi "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin 72 yaşlı sürücü və avtomobildə olan sərnişinlərdən biri həlak olub. Həmin sürücü taksi fəaliyyəti ilə məşğul olurmuş".

Qeyd edək ki, bu gün Salyan rayonunda YPX maşını qəza törədib .Hadisə Ələt-Astara magistralının Salyan rayonundan keçən hissəsində baş verib. Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Qəza   Ölüm  





Xəbər lenti