Salyanda 38 qumbara tapılıb

Salyanda 38 qumbara tapılıb
  27 Aprel 2017    Oxunub:1002
Salyan rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzVision.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarına baxış keçirilib, təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında keçirilib.

Bundan başqa Göygöl rayonunun Aşağı Zurnabad kəndi ərazisində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunub. Daşınması mümkün olmadığına görə mərmi yerində zərərsizləşdirilib.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti