Ölkəmizdə 5007 əcnəbi tələbə təhsil alır - RƏSMİ
2016/2017-ci tədris ili üzrə hazırda ölkəmizdə 5007 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında ilk üçlüyü Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti tutur.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən olanlardır.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi