İnam Kərimov Komissiya üzvü təyin edilib - Sərəncam

  28 Aprel 2017    Oxunub : 16889
İnam Kərimov Komissiya üzvü təyin edilib - Sərəncam
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri”.

Bunulada İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edilib.

AzVision.az

Teqlər: ASAN-xidmət   İnam-Kərimov