“Sovetski"də 10 mindən çox ev sökülməlidir - Abid Şərifov
Baş nazirin mavini bildirib ki, "Sovetski"nin söküntüsü ilə bağlı göstəriş veriləndə vətəndaşlara məqsəd izah olunub: “Ancaq bununla belə insanlar inanmırdılar. Mən də məsələni onlarla görüşəndə dəfələrlə izah etdim. Sonda onlarda inam əmələ gəldi. Bir neçə problem var idi. Bu da mətbuatda şişirdilmiş yazılar yazılması ilə əlaqədar idi. Yüzlərlə evin sahəsinin 8, 15, 20 kvadratmetrə qədər olduğunu və onlara verilən vəsait hesabına şəhərdə ev ala bilmədikləri ilə bağlı dövlət başçısına məruzə etdim. Prezident göstəriş verdi ki, məsələ həll olunmalıdır. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yaxınlığında yerləşən 9 mərtəbəli binadakı 200-dən çox mənzil təmir olundu və sakinlərə təqdim olundu".
AzVision.az
Teqlər: Sovetski