Yol polisindən sürücülərə pərdə xəbərdarlığı

Yol polisindən sürücülərə pərdə xəbərdarlığı
  01 May 2017    Oxunub:9920
“Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir”.
Bunu AzVision.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

DYP rəsmisi bildirib ki, bu gündən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib.

V.Əsədovun sözlərinə görə, kustar üsullarla hazırlanan pərdə və jalüzlərə görə, sürücülər cərimə olunacaqlar.

“Yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin istifadəsinə icazə verilir. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, pulyonkalar inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq".

Anar Kəlbiyev
AzVision.az




Teqlər: DYP   Polis   Maşın   Sürücü  





Xəbər lenti