İƏT-in baş katibi Azərbaycana gəlir

İƏT-in baş katibi Azərbaycana gəlir
  02 May 2017    Oxunub:1062
3-5 may tarixində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində katib Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin mayın 3-də saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   İƏT  





Xəbər lenti