Erməni 30 ildən sonra Bakıya gəldi, şəhəri gəzdi - VİDEO

Erməni 30 ildən sonra Bakıya gəldi, şəhəri gəzdi - VİDEO
  03 May 2017    Oxunub:20682
Otuz il əvvəl Bakını tərk edən erməni Erik Xaçaturov Azərbaycana səfərə gəlib.
AzVision.az cbc.az-a istinadən xəbər verir ki, Bakıda küçədə gəzərkən Erik Xaçaturov göz yaşlarını gizlədə bilməyib.

Erikin sözlərinə görə, Bacıxanım Seyxanovanın ailəsi onun ilk və ən yaxın qonşusu olub. Ailənin digər üzvləri evdə yox idi. Amma bu illər ərzində köhnə dostların bir-birinə veriləsi çox suallar oldu. "Bu insanlar mənim ilk yaxın qonşularım olublar. Milliyətcə ləzgidirlər. Sabirin toyu olanda biz Qusara getmişdik gəlini gətirməyə. Belə gözəl anlar olub. O zamanlar çox yaxşı idi”.

Digər qonşuları ilə görüşdükdən sonra Erik Xaçaturov doğma 32 saylı məktəbə baş çəkdi. Orada isə uşaqlıq illərini yada saldı.

Erik həmçinin Qız qalasının ətrafında olmağı da arzulayırdı və bu arzusu da gerçəkləşdi. İçərişəhərin küçələri ilə gəzərkən Xaçaturov Azərbaycan çayı da aldı. İndi yaşadığı Rusiyaya çayı onun azərbaycanlı dostları gətirirlər. O, hələ bir neçə gün Bakıda qalacaq və sonra Rusiyaya qayıdacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti