Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub
  03 May 2017    Oxunub:1364
Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb.

Maqnitudası 5.2, dərinliyi 42 km olan zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər: Zaqatala   Zəlzələ  





Xəbər lenti