AZAL hər biletə görə ağac əkəcək

AZAL hər biletə görə ağac əkəcək
  03 May 2017    Oxunub:1213
“Azərbaycan Hava Yolları” Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihəyə start verib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək.

Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək.

“Azərbaycan Hava Yolları” bir daha bu aksiya ilə diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldir.

AzVision.az


Teqlər: AZAL   ağac  





Xəbər lenti