Prezident tapşırıq verdi: Sökülən mozaika bərpa olunur

Prezident tapşırıq verdi: Sökülən mozaika bərpa olunur
  03 May 2017    Oxunub:16488
Bakı Slavyan Universitetinin fasadında Azərbaycanın görkəmli şəxslərinin portretlərini şərq motivləri əsasında əks etdirən mozaik pannonun bərpası işləri yekunlaşmaq üzrədir.
Bu barədə AzVision.az-a açıqlamasında Bakı Slavyan Universiteuinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, mozaik panno olduğu kimi bərpa olunub, yeni şəkildə istifadəyə veriləcək.

“Həmin mozaik pannoya yapışdırılan daşların bəziləri tökülmüşdü və bəziləri də tökülmək üzrə idi. Onları yenidən bərpa etmək lazım idi. Bərpa işi artıq yekunlaşır. Bununla bağlı yaxın günlərdə Dövlət Rəssamlıq Akademiyası prezidentinin, bərpa işini görən rəssamların, mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcək və görülən işlər barədə məlumat veriləcək”.

Təhsil Nazirliyindən isə bildirilib ki, BSU-nun binasının fasadındakı mozaika prezident İlham Əliyevin tapşırığına əsasən bərpa olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: BSU  





Xəbər lenti