Abramyan Sarkisyanın təklifini rədd edib

Abramyan Sarkisyanın təklifini rədd edib
  04 May 2017    Oxunub:1574
Ermənistanın sabiq baş naziri Ovik Abramyan prezident Serj Sarkisyanın ona təklif etdiyi Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən imtina edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin vəzifə Yuri Xaçaturovun KTMT-nın baş katibi təyin edilməsindən sonra boş qalıb.

Abramyanın təklifdən imtina etməsinin əsas səbəbi kimi 2018-ci ildə Sarkisyanın prezidentlik səlahiyyətlərinin bitməsindən sonra Ermənistanda siyasi vəziyyətin qeyri-müəyyən dövrə daxil olacağı göstərilir.

Abramyanın, həmçinin 2018-ci ildə daha ciddi ambisiyalarla çıxış etməklə il ərzində öz mövqeyini möhkəmləndirmək niyyətində olduğu bildirilir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti