BSU-nun mozaikası bərpa edildi - Prezidentin tapşırığı ilə (FOTOLAR)

BSU-nun mozaikası bərpa edildi - Prezidentin tapşırığı ilə (FOTOLAR)
  04 May 2017    Oxunub:9974
Bakı Slavyan Universitetinin (BSU) fasadında Azərbaycanın görkəmli şəxslərinin portretlərini şərq motivləri əsasında əks etdirən mozaik pannonun bərpası üzrədir. AzVision.az xəbər verir ki, söküntüdən əvvəl olduğu kimi mozaikada Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Məhsəti Gəncəvi və digər görkəmli şəxslərin təsvirləri əks olunub.
Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev AzVision.az-a bildirib ki, mozaik panno olduğu kimi bərpa olunub, yeni şəkildə istifadəyə veriləcək.

“Həmin mozaik pannoya yapışdırılan daşların bəziləri tökülmüşdü və bəziləri də tökülmək üzrə idi. Onları yenidən bərpa etmək lazım idi. Bərpa işi artıq yekunlaşır. Bununla bağlı yaxın günlərdə Dövlət Rəssamlıq Akademiyası prezidentinin, bərpa işini görən rəssamların, mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcək və görülən işlər barədə məlumat veriləcək”- İ.Quliyev deyib.

Təhsil Nazirliyindən verilən məlumata əsasən BSU-nun binasının fasadındakı mozaika prezident İlham Əliyevin tapşırığına əsasən bərpa olunub.











Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: BSU   Mozaika  





Xəbər lenti