ATƏT PA-nın prezidenti Azərbaycana gələcək

ATƏT PA-nın prezidenti Azərbaycana gələcək
  05 May 2017    Oxunub:1227
ATƏT Parlament Assambleyasının prezidenti Kristina Muttonen Azərbaycana gələcək.
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, səfərin əvvəlcə yay sessiyasından əvvəl reallaşması nəzərdə tutulurdu: “Lakin onun proqramının sıxlığı ilə bağlı bu, mümkün olmadı. ATƏT-in Parlament Assambleyasının prezidenti Kristina Muttonen çox güman ATƏT PA-nın yay sessiyasından sonra, yəqin ki, payızda Azərbaycana gələcək. Səfər yay sessiyasından sonra baş tutacaq. Tarix hələlik dəqiqləşməyib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Azərbaycan  





Xəbər lenti