Cocuq Mərcanlıya köç nə vaxt başlayacaq?

Cocuq Mərcanlıya köç nə vaxt başlayacaq?
  05 May 2017    Oxunub:3470
“Cocuq Mərcanlıda tikilən evlər iyun ayının birinci ongünlüyündə hazır olacaq”. Bu barədə AzVision.az-a Cəbrayıldan seçilən deputat Astan Şahverdiyev deyib. Onun sözlərinə görə, Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-dən çoxdur.
“İlkin mərhələdə 50 evin tikilməsi nəzərdə tutulub. Yaxın gələcəkdə 200-ə qədər ev tikiləcək"

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti