Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir
  06 May 2017    Oxunub:1428
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində iməclik keçirilir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, iməclik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

AzVision.az


Teqlər: Müdafiə-naziri  





Xəbər lenti