Leyla Əliyevadan aztəminatlı ailələrə şad xəbər

Leyla Əliyevadan aztəminatlı ailələrə şad xəbər
  06 May 2017    Oxunub:2645
"Biz bir neçə həftə öncə İDEA olaraq Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması ilə bağlı layihə irəli sürmüşük"
AzVision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" plenar sessiyasında deyib.

Onun sözlərinə görə, bu layihə FAO ilə birlikdə hazırlanıb.

"Layihə nəticəsində kəndlərdə meyvə ağaclarının əkilməsini nəzərdə tuturuq. Bu, aztəminatlı ailələr üçün mənfəət yeri olacaq".

L.Əliyeva qeyd edib ki, dinimiz, irqimizdən asılı olmayaraq hamımız eyni planetdə yaşayırıq: "Ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Faktlar göstərir ki, məhz insan fəaliyyəti təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar bu zənginliklərin dəyərini itirməməlidir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Leyla-Əliyeva   İDEA  





Xəbər lenti