Düşmənlə əməkdaşlıq edənlərin ifşasında "Mossad"ın rolu olmayıb - RƏSMİ

Düşmənlə əməkdaşlıq edənlərin ifşasında "Mossad"ın rolu olmayıb - RƏSMİ
  10 May 2017    Oxunub:5571
Müdafiə Nazirliyi ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib.

“Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub”, - deyə mətbuat xidmətindən bildirilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Mossad  





Xəbər lenti