Azərbaycan pilotsuz zərbə aparatları hazırlayır

Azərbaycan pilotsuz zərbə aparatları hazırlayır
  11 May 2017    Oxunub:12459
“Hazırda kəşfiyyat üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarından əlavə, yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlamışıq. Bu aparatlar düşmənin həm hərbi texnikasını, həm də canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. İndi son layihənin üzərində işləyirik, kumulyativ başlıqlı pilotsuz hava aparatlarını da istehsal edəcəyik. Bu aparatlar bizə həm kəşfiyyat aparmağa, həm də düşmənin sığınacaqlarını, texnikasını, canlı qüvvəsini istənilən anda məhv etmə imkanı verəcək. Yaxın vaxtlarda kumulyativ pilotsuz uçuş aparatlarının da istehsalına başlayacağıq”.
AzVision.az xəbrə verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bu aparatlar kəşfiyyat aparmaqla bərabər, düşmənin canlı qüvvəsini və yüngül texnikasını məhv etmək xüsusiyyətinə malikdir:

“Bizim birinci "Zərbə" aparatlarımız artıq ordumuzun silahlanmasına qəbul edilib. İlk aparatlarımız kəşfiyyat aparmaqla bərabər, düşmənin canlı qüvvəsini və yüngül texnikasını məhv etmək xüsusiyyətinə malikdir. Kumulyativ başlıqlı aparatların istehsalına təxminən 3-4 aya başlayacağıq”.

AzVision.az


Teqlər: Yavər-Camalov  





Xəbər lenti