"Ailə Hüquq Akademiyası yaradılacaq"

"Ailə Hüquq Akademiyası yaradılacaq"
  12 May 2017    Oxunub:1291
"Gənc Vətəndaş" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ailə üçün DƏYƏR!" layihəsinin icrasına başlayıb.
Bu barədə "Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib.

Onun sözlərinə görə, layihə Ailə hüququ mövzusunda maarifləndirmə kampaniyasının təşkil edilməsinə həsr olunub və əsas məqsədi Lənkəran, Ağdaş, Xaçmaz və Bakıda yaşayan 80 nəfərin Ailə hüquq sahəsində biliklərinin artırılmasıdır: "Layihənin əsas vəzifələri Ailə hüququ, nikah hüququ, valideyin məsuliyyəti və ailə dəyərləri haqqında biliklərinin artırılması, Bakı şəhərində Ailə hüququ mövzusunda tədbirin təşkili (Ailə Hüquq Akademiyasının təqdimatı), ailə hüququ ilə bağlı təlim modulunun hazırlanması (kitabçanın çap edilməsi), sosial şəbəkələrdə və online mediada hüquqi maarifləndirmə kampaniyasının təşkil edilməsidir. Layihə çərçivəsində təlim və konfrans təşkil ediləcək, ehtiyacı olanlara hüquqi və sosial iş dəstəyi veriləcəkdir".
G.Səfərova qeyd edib ki,

Layihədən əsas faydalanan qrup ailələr olacaq: "Təlimlərdə əsas diqqət ediləcək məqamlardan biri gender amili olacaq. Azərbaycan ailəsinin mürəkkəb (ailə üzvlərinin sayının coxluğu və ikinci dərəcəli qohumların da ailəyə daxil olması) struktura malik olduğunu nəzərə alsaq, təlimdən dolayı yolla faydalananlar həm də yaxın qohumlar olacaq. Valideyinlərin məlumatlılığının yüksək səviyyəsi uşaqların rifahının yaxşılaşmasına səbəb olur və layihənin əsas faydalanan qrupuna həm də uşaqlar daxildir".

Günel Səfərova layihənin 3 ay davam edəcəyini və sonda İctimai Birliyin nəzdində Ailə hüquq Akademiyası yaradılacağını da vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti