İslamiadanın açılış mərasimi başa çatdı - FOTOLAR+VİDEO (YENİLƏNİB)

İslamiadanın açılış mərasimi başa çatdı - FOTOLAR+VİDEO (YENİLƏNİB)
  13 May 2017    Oxunub:39002
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu səsləndirildiyi zaman stadion üzərində səma əlvan rənglərə boyanıb.


***

Açılış mərasimində sülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.

Nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.









***

Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov minarənin zirvəsində azan oxuyub.

Daha sonra islam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film nümayiş olunub.

***



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

***



Daha sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış edib. O, möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edir.

Baş katib Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini diqqətə çatdırıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub.

Birinci xanım qonaqları salamlayıb. Mehriban Əliyeva bildirib ki, Oyunlara ev sahibliyi etmək Azərbaycan üçün üçün böyük şərəfdir.



***


Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı gətirilib.

İdmançılar və hakimlər adından Oyunların qərəzsiz, ədalətlə keçirilməsi üçün taekvandoçu, “Rio 2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanov and içiblər.

***

Azərbaycan komandası stadiona daxil olub. Komandamızın keçidi böyük coşqu ilə qarşılanıb.

Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunub. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını salamlayb.

Bununla da idmançıların paradı başa çatıb.





***
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasiminə start verilib.

AzVision.az xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, xarici ölkə nümayəndələri iştirak edirlər.

Ölkə başçısı və birinci xanım təqdim olunub. Himnimizin sədaları altında Azərbaycan bayrağı Bakı Olimpiya Stadionuna gətirilib.

İslam Oyunlarında iştirak edəcək ölkələr təqdim olunub.









***
(21:20)

İslam Oyunlarının açılış mərasiminin bədii hissəsi başlayıb.

AzVision.az xəbər verir ki, tanınmış müğənnilər çıxış ediblər.

Çıxışlar başa çatdıqdan sonra saat 22:00-da mərasimin rəsmi hissəsi başlayacaq.

















***

(20:30)

İki saat sonra Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayacaq. Artıq mərasimin keçiriləcəyi Bakı Olimpiya Stadionuna tamaşaçıların axını başlayıb.

Açılış mərasimi Azərbaycanın mədəniyyəti və adət-ənənələrində dərin kökləri olan universal sülh hekayəsidir. Qədim İslam sivilizasiyasının hər bir yerdə olarkən gördüyümüz böyük töhfələri bu gün burada yenidən canlancaq.

Hekayənin mərkəzində bakılı kiçik qız - Mina dayanır. Onun dostu olan çərpələngin köməyi ilə biz dünyanı kəşf etmək səyahətinə çıxan Minanın axrasınca gedəcəyik. O, yolboyu özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olacaq.

Səyahətin sonunda isə Minanın gələcəyə ümidi bütövləşir və genişlənir. Onun sevinci ilham mənbəyinə çevrilir. Bu qızın hekayəsi insanların qüdrətini və birliyini əks etdirir. Minanın arzusu harmoniya şəraitində daha yaxşı dünya görməkdir.

Qeyd edək ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvudur. Mərasimin bədii rəhbəri Neytan M.Rayt, prodüseri Keyt Hinçlifdir.

Açılış mərasimində incəsənət ustalarından Selcan Hacızadə, Nəzrin Cəfərzadə, Məryəm Səfərova, Fəridə Səfiyarzadə, Nərminə Səmədova, Eleonora Yusifova, Nurəddin Mehdixanlı, Alim Qasımov və Natiq Şirinov iştirak edəcək.

AzVision.az açılışdan öncə Bakı Olimpiya Stadionundan fotoları təqdim edir:





















Aytən Zəhra
Foto: Elvin Abdulla



Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti