"ÜAK-la bağlı məsələ məni narahat edir" - Mixail Zabelin

"ÜAK-la bağlı məsələ məni narahat edir" - Mixail Zabelin
  16 May 2017    Oxunub:1678
“Azərbaycanın burada yaşayan ruslara münasibətini yüksək dəyərləndiririk”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin deyib.

O, qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələ onları narahat edir:

“Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm. Onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   ÜAK  





Xəbər lenti