Ziyafət Əsgərov Varşavaya gedir

Ziyafət Əsgərov Varşavaya gedir
  17 May 2017    Oxunub:1059
Mayın 18-də Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçiriləcək.
MM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisi sədrin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.

Sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaq. Z. Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək.

Sammit çərçivəsində bütün nümayəndə heyətləri rəhbərlərinin Polşa prezidenti ilə görüşləri də nəzərdə tutulub.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti