6 boksçumuz finala vəsiqə qazanıb

6 boksçumuz finala vəsiqə qazanıb
  18 May 2017    Oxunub:1067
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi yekunlaşıb.
AzVision.az-ın məlumatına görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını finala yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə İordaniya boksçusu Hüsseyn İaşaişi 4:0 hesabı ilə məğlub edib.

Boksçumuz finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Qeyd edək ki, final mərhələsində Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaqlar. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) çıxışını bürünc medalla başa vurub.

AzVision.az


Teqlər: Bakı-2017  





Xəbər lenti