Almaniya Türkiyədən ABŞ-a şikayət etdi – Diplomatik qalmaqal (VİDEO)

Almaniya Türkiyədən ABŞ-a şikayət etdi – Diplomatik qalmaqal (VİDEO)
  18 May 2017    Oxunub:7709
Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ-dan Türkiyədə “İncirlik” hərbi bazası ilə bağlı yaşanan mübahisələrdə dəstək istəyib. AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, Qabriel bu istəyini ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı dilə gətirib.
“Biz yenə Türkiyə ilə danışıqlarda amerikalılardan kömək istədik. NATO üzrə tərəfdaşlar arasından bizim bir-birimizə təzyiq göstərməyimiz görünməmiş haldır”, - deyə Qabirel bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri alman deputatların "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməmişdi.
Buna cavab olaraq Almaniya kansleri Angela Merkel İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətində olduğunu bəyan edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Almaniya   Türkiyə   ABŞ  





Xəbər lenti