USAID Azərbaycanla əməkdaşlığı davam etdirəcək

USAID Azərbaycanla əməkdaşlığı davam etdirəcək
  18 May 2017    Oxunub:1096
USAID Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

Onun sözlərinə görə, ABŞ-ın 2018-ci il üçün büdcəsi ilə bağlı ilkin layihənin yayılmasından sonra bəzi ölkələrə maliyyənin azaldılması və ya kəsilməsi ilə bağlı şayiələr yayılıb: “Lakin ABŞ-da sistem belədir ki istənilən büdcə layihəsi Konqres ve Senatdan keçməlidir. Müəyyən vaxtdan sonra maliyyənin kəsilib-kəsilməyəcəyi dəqiqləşəcək. Bu müddətdə isə biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: USAID   Azərbaycan  





Xəbər lenti