"ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib" - USAİD nümayəndəsi

"ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib" - USAİD nümayəndəsi
  18 May 2017    Oxunub:1133
“ABŞ-la Azərbaycan hökumətləri arasında 25 ildir tərəfdaşlıq əlaqələri mövcuddur”.
AzVision.az-ın məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqot Ellis deyib.

“ABŞ bu müddət ərzində Azərbaycan xalqının firavanlığının yaxşılaşdırılması, dövlətin demokratik, sabit olması məqsədilə 1,3 milyard dollar yardım edib, sərmayə yatırıb. Bu yardımdan 400 milyon dollar USAİD vasitəsilə təqdim olunub. Tərəfdaşlığımız davamlılığı ilə seçilib”, - deyə Ellis vurğulayıb.

Birləşmiş Ştatlar rəsmisi qeyd edib ki, Azərbaycan hökümət üzvləri ilə görüş zamanı QHT-lərin qeydiyyatı məsələsini də müzakirə ediblər.

O bildirib ki, ABŞ Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı vahid pəncərə sisteminin tətbiqini alqışlayır: “USAİD proqramlarını cəmiyyətin təmsilçiləri olan QHT-lər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən QHT-lərin qeydiyyatı bizim üçün əhəmiyyət daşıyır. Düşünürəm ki Azərbyacan hökuməti bunun bizim üçün nə dərəcədə vacib olduğunu anlayır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: USAID   Azərbaycan  





Xəbər lenti