Magistraturaya qeydiyyat müddətinin vaxtı uzadıldı

Magistraturaya qeydiyyat müddətinin vaxtı uzadıldı
  19 May 2017    Oxunub:1178
Magistratura və rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün qeydiyyat mayın 22-si saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a bildiriblər ki, mayın 19-u saat 17:30-a olan məlumata əsasən, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün 6 min 540 bakalavr proqram seçimini təsdiqləyib. Elektron ərizəsinə daxil olub proqram seçimi edən 560 bakalavr isə ərizəsini təsdiqləməyib.

Rezidenturaya qəbul üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449-u imtahanın ikinci mərhələsində iştirakını təsdiqləyib.

Magistratura və rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti