Ərəb nazir Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Ərəb nazir Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
  23 May 2017    Oxunub:1205
Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyan mayın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.





AzVision.az


Teqlər: BƏƏ   Heydər-Əliyev  





Xəbər lenti