Özbək lider Ər-Riyadda Tramp və Əliyevlə görüşüb

Özbək lider Ər-Riyadda Tramp və Əliyevlə görüşüb
  23 May 2017    Oxunub:1383
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb. AzVision.az “Sputnik Özbəkistan”-a istinadən xəbər verir ki, Tramp Özbəkistanda keçirilən islahatları yüksək qiymətləndirib.
Bundan əlavə, özbək liderin Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan lideri Nursultsan Nazarbayev, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmilərlə də qısa görüşü olub.

Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Özbəkistan   İlham-Əliyev   Tramp  





Xəbər lenti