Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Mübariz Qurbanlı vətəndaşları qəbul edib
  23 May 2017    Oxunub:1037
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbuldan əvvəl M.Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 20-dək vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

M.Qurbanlı vətəndaşları diqqətlə dinləyib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti