Müdafiə Nazirliyi və BQXK seminar keçirib

Müdafiə Nazirliyi və BQXK seminar keçirib
  23 May 2017    Oxunub:911
Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində mayın 23-də beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, seminarın məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması, hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub.

Tədbirdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də Müdafiə Nazirliyi arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, qurumun cəbhəboyu zonada həyata keçirdiyi layihələr, onların icra mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   BQXK  





Xəbər lenti