Fiziki məhdudiyyətli gənclərlə bağlı layihə

Fiziki məhdudiyyətli gənclərlə bağlı layihə
  24 May 2017    Oxunub:2755
Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının təşkili sahəsində maarifləndirmə işinin aparılması, eləcə də ictimaiyyətin onlara bu işdə anlayış və həssaslıqla yanaşmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Fiziki imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” adlı layihənin icra edib.
AzVision.az xəbər verir ki, martın 7-dən hazırlıq prosesinə başlayan layihə çərçivəsində İctimai Radioda fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqtrasiyası və asudə vaxtlarının təşkili ilə bağlı təhsil, sosial müdafiə, psixoloq, idman, əyləncə, peşə hazırlığı və s. istiqamətdə hər biri 30 dəqiqə olmaqla 4 radio verilişi yayımlanıb.

Qonaqlar millət vəkili Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavini Musa Quliyev, aparıcı- reabiliotoloq Almaz İbrahimova, psixoloq Ramilə Rəhimova və Azərbaycan Respublikası Əlil Qadinlar Cəmiyyətonin prezidenti Məxluqə Rəhimova bu sahədə mövcud durumu analiz etməklə yanaşı maraqlı tövsiyyələr və qarşıda duran planlar haqda danışmışlar. Son vaxtlar paytaxtımızda dayanacaqlarda fiziki imkanları məhdud şəxslərin avtomobilləri üçün park yerlərinin yaradılması və həmin yerlərin digər avtomobil sahibləri tərəfindən tutulmasının qarşısını almaq məqsədilə maarifləndirici məzmun daşıyan posterlər çap edilərək Park Bulvar AVM-də asılıb.









Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti