İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yenilənib

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yenilənib
  25 May 2017    Oxunub:1273
Daha bir neçə ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, Polşa Respublikasının Prezidenti Andjey Dudanın məktubunda deyilir:

“Hörmətli Cənab Prezident,

Azərbaycan Respublikasının milli bayramı - müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm.

Möhtərəm cənab Prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.
Hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm”.

Çex Respublikasının Prezidenti Miloş Zemanın məktubunda deyilir:

“Zati-aliləri,

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram”.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenin məktubunda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək dolu gözəl arzularımı çatdırıram”.

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,

Xahiş edirəm, milli bayramınız - Respublika Gününün 99-cu ildönümü münasibətilə təbriklərimi qəbul edin. Ölkənizə səmimi qəlbdən firavanlıq, uğurlar və əmin-amanlıq arzu edirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı açıq dialoq, ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində genişmiqyaslı əməkdaşlıq gələcək illərdə qarşılıqlı faydalı fəaliyyət üçün böyük imkanlar yaradacaq. Mən qətiyyətlə inanıram ki, biznes, təhsil və tələbə mübadiləsi, turizm və mədəniyyət sahələrində birgə həyata keçirilən layihələr xalqlarımızın münasibətlərini möhkəmləndirməkdə davam edəcək və dövlətlərimiz arasındakı əməkdaşlığı genişləndirəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizi bir daha milli bayramınız münasibətilə təbrik edirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramlarımı qəbul edin”.

Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosun təbrik məktubunda deyilir:

"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yunanıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin təbrik məktubunda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın təşviqi vasitələrinin və iki ölkə arasındakı möhkəm əlaqələrin inkişaf etdirilməsinin vacibliyini əminliklə bildirmək istərdim.Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı izhar edirəm".

Eyni zamanda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika, Lüksemburqun Böyük Hersoqu Anri, Livan Respublikasının Prezidenti General Mişel Aund,Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietod, Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyum, Mərakeşin Kralı VI Mohammed,Syerra Leone Respublikasının Prezidenti Ernest Bai Koroma, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas,Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinski,Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhya,Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov,Syerra Leone Respublikasının Prezidenti Ernest Bai Koroma da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti