9 ildə 5 mindən çox "NAZ-Lifan" istehsal edilib

9 ildə 5 mindən çox "NAZ-Lifan" istehsal edilib
  26 May 2017    Oxunub:1392
Naxçıvan Muxtar Respublikasının əhəmiyyətli sənaye müəssisəsi olan Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə tələbat böyükdür.
AzVision.az-ın məlumatına görə, zavod yaradıldığı 2008-ci ildən bəri müxtəlif modellərdə 5 mindən çox minik avtomobili istehsal edib.

Zavod muxtar respublikada nümunəvi taksi nəqliyyatının təşkili üçün lazım olan avtomobillərin təmin olunması baxımından mühüm rol oynayır.

Hazırda zavodun istehsal etdiyi avtomobillərə Naxçıvandan başqa ölkəmizin digər regionlarında, o cümlədən paytaxt Bakıda böyük tələbat vardır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti