Milli Məclisin növbədənkənar iclası keçirilə bilər

Milli Məclisin növbədənkənar iclası keçirilə bilər
  27 May 2017    Oxunub:2521
Xəbər verdiyimiz kimi, mayın 31-də Milli Məclisin son iclası keçiriləcək. Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağırıla bilər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, parlamentin növbədənkənar iclasının keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, son iclasda bu barədə məlumat veriləcək.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti