"Azərbaycanda 1,6 milyon iş yeri açılıb" - Əli Əhmədov

"Azərbaycanda 1,6 milyon iş yeri açılıb" - Əli Əhmədov
  30 May 2017    Oxunub:1871
“Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığını təmin etmək məqsədilə ciddi addımlar atılır”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb:

“Qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır. Qeyd etmək istərdim ki, Azərbaycan böyük nailiyyətlər əldə edib və ölkə iqtisadiyyatı 3 dəfə artıb. İqtisadiyyatımızın inkişafı sosial proqramların həyata keçirilməsinə şərait yaradır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5-6 faizə qədər enib. Azərbaycanda 10 il ərzində 1.6 milyon iş yeri açılıb”.

Ə.Əhmədov qeyd edib ki, Azrbaycan neft ixrac edən ölkələrdən biridir: “Biz çalışırıq ki, neftdən asılılıq əhəmiyyətli dərəcədə azaldılsın. Bununla bağlı addımlar atılır”.


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti