Həmkarları İlham Əliyevi təbrik edib

Həmkarları İlham Əliyevi təbrik edib
  30 May 2017    Oxunub:1044
Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzularımı çatdırıram”.

Eyni zamanda İrlandiyanın Prezidenti Maykl Higgins, İordaniyanın Kralı II Abdullah, Omanın Sultanı Qabus bin Səid, Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zuma da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti