187 min azərbaycanlı, 3 min erməni... - Statistika açıqlandı

187 min azərbaycanlı, 3 min erməni... - Statistika açıqlandı
  31 May 2017    Oxunub:2572
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə bu ölkəyə gələn turistlərin statistikasını açıqlayıb.
AzVision.az xəbər verir ki, cari il ərzində Türkiyəyə 89 ölkədən turist gəlib.

Türkiyəyə bu müddət ərzində ən çox Gürcüstan ( 639493), İran (614566), Almaniya (565565), Bolqarıstan (472484), Rusiya (319904), İngiltərə (208413), Azərbaycan (187013), İraq (178190), Ukrayna (158944), Yunanıstandan (156749) səfərlər olub.

Turistlərin sayında ötən illə müqayisədə artım var. Belə ki, 2016-ci ildə Azərbaycadan Türkiyəyə 138678 turist getmişdisə, hazırda bu rəqəm 187013-dür.

Bundan əlavə Türkiyəyə ən az turist İslandiyadan (566) gəlib. Ötən il isə bu rəqəm 677 olub.

Təəccüblü görünsə də, Türkiyəyə istirahət üçün üz tutanlar arasında ermənilər də var. 2017-ci ilin ötən dövrü ərzində Ermənistandan 3281 turist Türkiyiyə gedib. 2016-ci ildə isə bu rəqəm 2396 olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Səfər   Statistika   Azərbaycan   Erməni  





Xəbər lenti