"ARB 24" 7 yaşını qeyd edir - VİDEO

"ARB 24" 7 yaşını qeyd edir - VİDEO
  31 May 2017    Oxunub:3366
"ARB Media Qrup"un tərkibinə daxil olan "ARB 24" televiziyasının fəaliyyətə başlamasından 7 il ötür.
AzVision.az xəbər verir ki, kanal 2010-cu il iyunun 1-də Tovuzda "Türkel TV" brendi ilə yayıma start verib. Telekanal 2013-cü ilin noyabrından etibarən tamaşaçıların önünə fərqli formada çıxıb - "TTV" brendi ilə hər saatın tamamında xəbər buraxılışı ilə. Televiziya 2014-ci il aprelindən isə xəbər buraxılışlarını hər yarım saatdan bir təqdim etməyə başlayır.

Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından "ARB 24" adı ilə fəaliyyətini davam etdirir. Cəbhə bölgəsinə yaxın məsafədə yerləşən kanalın məqsədi dünyanı, beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə məlumatlandırmaq, işğal olan ərazilər haqqında dəqiq məlumat verməkdir. Bundan əlavə, izləyicilərə informasiya xarakterli proqramlar təklif etmək, maarifləndirmək və yüksək mənəvi zövq formalaşdırmaqdır.

"ARB 24" telekanalının baş direktoru, tanınmış jurnalist, siyasi icmalçı Nadir Şəfiyevdir. Eyni zamanda, "ARB 24"-də Səlminə Ələkbərli, Hüseyn Azəri, Mehman Piriyev kimi tanınmış aparıclar çalışır. Bundan başqa xəbər sahəsində öz dəstixətti və bacarığı ilə seçilən Allahverdi Şəfiyev, Vüqar Əliyev, Namiq Abbasov, Pərvanə Əliyeva kimi mütəxəssislər işləyir. Analitik, ictimai-siyasi, iqtisadiyyat, mədəniyyət, idman buraxılışları və digər rubrikaları yayimlamaqla ölkə və dünya gündəmi barədə 24 saat xəbər verən televiziya sutka ərzində 47 xəbər proqramını təqdim edir. Bununla da tamaşaçılar istədiyi informasiyanı istədiyi vaxt əldə etmək imkanı qazanır.

Mehriban, vahid bir ailə olan "ARB 24" kollektivi əsasən gənclərdən ibarətdir. Bu da, öz növbəsində, bir televiziya şirkəti üçün çox vacib olan bitib-tükənmək bilməyən yeni ideyalar, möhtəşəm layihələr deməkdir."Sizin xəbər kanalınız" devizi ilə milyonlar qarşısına çıxan "ARB 24" qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail olub. Kanal müasir avadanlıq və yeni rəqəmsal yayımla təchiz olunub. "ARB 24" peyk vasitəsilə dünyanın istənilən ölkəsində yayımlanır (Azerspace: 11024 V 12698 (5/6).



AzVision.az


Teqlər: ARB  





Xəbər lenti