Ölkəmizdə 115 mindən çox şagird rus dilində təhsil alır - Fotolar

Ölkəmizdə 115 mindən çox şagird rus dilində təhsil alır - Fotolar
  01 İyun 2017    Oxunub:4025
Bu gün Qərb universitetinin təşkilatçılığı ilə "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AzVision.az xəbər verir ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər.

Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr səsləndirilib.



Tədbirdə çıxış edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri Hüseynqulu Bağırov qonaqları salamlayaraq konfransın mövzusu barədə məlumat verib, konfransın əhəmiyyətini və onun mövzusunun aktuallığını şərh edib.



Təhsil nazirinin müavini Firudin Qurbanov isə qeyd edib ki, Azərbaycan xalqı tairx boyu milli amansızlıqlara məruz qalsa da, öz milli ənənələrini qoruyub saxlayıb. “Dövlət yalnız maddi sərvətini deyil, mill-mənəvi dəyərlərinin qorumasına xidmət edir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların vətənidir. Bu gün işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların vətənidir. Burada reallaşan milli ideya bütün xalqların maraqlarını da təmin edir. Müasir dövrdə qlobal problemlərin həll edilməsi cəmiyyətdə hansı tip insanın formalaşmasından asılıdır. Azərbaycanın təhsil sahəsində gənc nəsilə tolerant bəşəri dəyərlərin aşılanması əsas yer tutur. Azərbaycan dövləti ərazisində yaşayan xalqlara irqindən, dinindən, dilindən asılı olmayaraq təhsil imkanının yaradılmasına təminat verir. Ölkəmizin ümumtəhsil müəssisələrində Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərində, eyni zamanda azsaylı xalqların dilində də təhsil verilir. Ölkənin 225 təhsil müəssisəsində 35 min şagirdə dağ-yəhudiləri, xınalıq, talış, ləzği, avar, kürd, saxur, udin dilləri tədris edilir. Hazirda 342 ümumtəhsil məktəbində təlim rus dilində aparılır, həmin məktəblərdə 115914 şagird rus dilində təhsil alır. “Şabad Or Avner” Bakıda fəaliyyət göstərən yəhudi məktəbidir və Bakıda fəaliyyət göstərən 46 nömrəli məktəbdə ivrit dili tədris olunur. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində də tələbələrin 10-11 faizi rus dilində təhsil alır”.











Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Məktəb   Təhsil  





Xəbər lenti