"Trampın məktubları xoşuma gəldi" - Ziyafət Əsgərov

"Trampın məktubları xoşuma gəldi" - Ziyafət Əsgərov
  01 İyun 2017    Oxunub:4173
“Bizim Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz hər zaman yaxşı olub”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker bildirib ki, ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi:

“Eyni zamanda 28 may münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi. Dünənki Neft və Qaz sərgisindəki məktubundan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Biz əlbəttə, çox istərdik ki, bu belə olsun və davam etsin. Şəxsən Trampın məktubları və bəyanatı mənim çox xoşuma gəldi. Hər halda hamı, böyüklüyündün-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil və artıq nəticə vermir. Bunu cənab Tramp özü də görür”.

Z.Əsgərov vurğulayıb ki, dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır: “Azərbaycanla dostluq etmək olar. Azərbaycan Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov   ABŞ   Azərbaycan   Tramp  





Xəbər lenti