"Azərbaycan insan hüquqlarına hörmətlə yanaşır"

  01 İyun 2017    Oxunub : 1333
"Azərbaycan insan hüquqlarına hörmətlə yanaşır"
Azərbaycan uşaq hüquqlarının müdafiəsinə dair imzaladığı konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri, Azərbaycan Respublikasının Konstitusiyası və bunun əsasında hazırlanan “Uşaq hüquqları haqqında” Qanundan irəli gələn vəzifələri bu illər ərzində yerinə yetirməkdədir.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Vitse-spiker qeyd edib ki, bu gün bütün dünyada, o cümlədə Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edilir:

“Azərbaycan bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşır. Azərbaycan dövlətinin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır. Bu il ölkəmizdə Uşaq Forumu keçiriləcək. Həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: İnsan-Hüquqları