Prezident əfqanıstanlı həmkarına başsağlığı verib

Prezident əfqanıstanlı həmkarına başsağlığı verib
  01 İyun 2017    Oxunub:1066
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti