Komitə sədri vəzifəsindən azad edilib

Komitə sədri vəzifəsindən azad edilib
  02 İyun 2017    Oxunub:1533
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ötən gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin iyunun 1-də imzaladığı sərəncamla Kamal Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti