Zakir Qaralov casus şəbəkəsinin ifşasından danışdı

Zakir Qaralov casus şəbəkəsinin ifşasından danışdı
  06 İyun 2017    Oxunub:6919
“Casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”. AzVision.az-ın məlumatına görə, bu sözləri Baş prokuror Zakir Qaralov bildirib.
Onun sözlərinə görə, cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyinə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir.

Z.Qaralov qeyd edib ki, artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib.

“Bütün KİV-lərə bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitində olduğu üçün heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordusuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə vuraraq xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu günə hər hansı bir təhlükə yoxdur.”.

Elvin Abdulqədrov
AzVision.az




Teqlər: Zakir-Qaralov  





Xəbər lenti