Bu il korrupsiya ilə bağlı 73 iş məhkəməyə göndərilib

Bu il korrupsiya ilə bağlı 73 iş məhkəməyə göndərilib
  06 İyun 2017    Oxunub:1394
“2017-ci ilin son 5 ayı ərzində 90 şəxs barəsində 73 cinayət işi yekunlaşdırılaraq məhkəmələrə göndərilib”.
AzVision.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda baş idarədə 112 cinayət işi icraatdadır: “Yaxın vaxtlarda onların da istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilməsi təmin ediləcək. Bundan başqa bir sıra məlumatlar, materiallar, müxtəlif nəzarətedici maliyyə qurumları tərəfindən aparılmış yoxlamalar var ki, hüquqi qiymət verilməsi üçün Baş İdarəyə göndərilib. Nəticədən asılı olaraq cinayət işinin açılıb-açılmaması həll ediləcək”.

K.Əliyev vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dinamik şəkildə aparılır və bir gün də olsun bu mübarizə dayanmır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev  





Xəbər lenti